Rusiya hərbçiləri bu səhər Qara dəniz donanmasına hücum edən 3 pilotsuz aparatı məhv ediblər.
Elchi.az xəbər verir ki, bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.
“Səhər tezdən donanmamız suüstü pilotsuz silahlı aparatların hücumunu dəf edib. Ümumilikdə 3 aparat məhv edilib. Aparatlar buxtaya daxil olmağa çalışıblar. Dənizçilərimiz onların hamısını atıcı silahlarla məhv edib. Eləcə də hava hücumundan müdafiə vasitələri də işləyib”, – qubernator bildirib.
Razvojayev heç bir gəminin xəsarət almadığını bildirib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





