"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Axı mən əsgər atasıyam!

07 Yanvar 2015 - 13:47
in XƏBƏR LENTİ

Oğlum artıq əsgərdir. Qürur hissi keçirirəm. Səmimi olam gərək: oğlumu hərbi xidmətdən yayındırmaq istədim. 240px-Faiq_BalabəyliHətta səhhətindəki xırda problemlər bu istəyimi gerçək də etdi. Lakin o, istəyimin əksinə getdi, ərizə verdi, könüllü olaraq xidmətə yola düşdü.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Qələm dostlarımın oğlanları – Saday Şəkərlinin Əsədi, İlham Qəhrəmanın Nicatı, İbrahim İbadoğlunun Bəyazidi, Vəli Xramçaylının Elayı , Sabir Yusifoğlunun Emin və Cavidi, Əlirza Həsrətin Ülvisi artıq xidməti başa vurublar, evlərindədirlər.

 

Fərqanənin Ülfəti sərhəddə, Narıngülün və aktyor Ağalar Bayramovun adaş olan övladları – Nicatlar səngərdədir.

 

Yazar dostlarım arasında oğlanlarına və özlərinə xidmətə yarasız olduqları barədə hərbi bilet alanlar da var. Etiraf edirəm ki, onlar Vətən sevgisindən daha çox yazırlar…

 

Turalın: “Ata, təhsil aldım, hələ bir az da işləmişəm, indi əsgər getmək fikrim var”, – sözlərinə “get, biz kimdən əskiyik ki!” – cavabını verməyə özümdə cəsarət tapdım – baxmayaraq ki, əlində hərbi bileti vardı.

 

***

Oğlum əsgər gedir, demək mən artıq əsgər atasıyam! Əsgər əmisi, əsgər dayısı olmuşdum. Əsgər atası olmanın şərəfini mənə Tural yaşadır.

 

Çağırış vərəqini aldıqda isə yazdım ki, Tural bir neçə gündən sonra xidmətə yola düşür, mən isə artıq səngərdəyəm…

 

Tural həm də şairdir. Bir kitabı da işıq üzü görüb. Təfəkkür və Bakı Slavyan Universitetini bitirib. Hələ iki daşın arasında imkan tapıb Dənizçilik Məktəbində də qiyabi oxudu…

 

Bir dəfə ondan soruşdum ki, harada işləyəcəksən?

 

– Hər halda sənin gözlədiyin kimi bankda işləməyəcəm, – dedi.

 

Elə də oldu. Dostların köməyi ilə banklardan birinə işə düzəltdim. Bir neçə gündən sonra:

 

– Bacarmıram, jurnalistika ilə məşğul olmaq istəyirəm, – dedi.

 

Dediyini elədi…

 

***

 

Nədənsə mənə elə gəldi ki, o, heç başa düşülmədi, işlədiyi kollektivdə insanlarla münasibət qurmağı bacarmadı. Onun haqqında xoş da danışdılar, üzünə də güldülər, amma rəhbərliyə işinin öhdəsindən gələ bilməyən kadr kimi tanıtdılar.

 

Bunu ağrı etdim özümə…

 

Tural şeir kitabının adını “Bütün kişiləri mən biləcəksən” qoyub. Şair dostum, professor Elçin İsgəndərzadə bu kitabı ona hədiyyə olaraq nəşr edib. “Sən gələnə qədər birini də dərc edəcəm, – dedi Turalla yola düşməzdən qabaq görüşəndə. – Gələndən sonra da 3-cü kitabını. Sən ancaq yaz!”

 

***

 

O, həm də sadəlövhdür.

 

Mənim oğlumun mənfi cəhətləri də var. Bunu mənə dostlarım, tanışlarım, tanışım olmayıb məni Turala görə tanıyanlar deyib: “Maşallah, tərbiyəli, istedadlı oğlun var, amma bir çatışmayan cəhəti var ki, ürəyi təmizdir, hər kəsə etibar edir, inanır, özü kimi görür”.

 

Dəhşətə gəlirəm, zəmanəmizin insana verdiyi dəyərə bax, kriteriyaya nəzər sal: ürəyi təmizlik – çatışmazlıqdır.

 

Bir dəfə tanınmış bir qələm adamının  jurnalist oğlu mənə zəng vurdu: – Faiq müəllim, Turaldan müsahibə götürdüm, heç gözləmədiyim cavabları verdi, sərrast və məntiqli.

 

Onu aldatmağa nə var ki! Mən onu kitabların, kinoların qəhrəmanları kimi böyütdüm. Hər üzündən selik axan həyatın, dünyanın yazılmamış qanunlarından uzaq tutdum, “saf ol, dürüst ol, insanlara güvən” dedim! Çox sonralar isə türmədən ona bir şeir ünvanladım:

 

Ayağının altındakı

daşa inan

başının üstündəki

quşa inan,

İnsanlara inanma, oğlum.

 

Amma çox gec idi. O, insanlara güvəndi, inandı… və yaxşı da elədi, bu da bir həyat məktəbidir. O qədər çətinliklər görəcək ki!

 

Oğlum bu gün əsgər getdi! Sevinirəm!

 

Ordumuza güvənirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevə, Müdafiə nazirimiz Zakir Həsənova, Turalın xidmət edəcəyi korpusun komandiri Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərova və bütün zabitlərimizə, əsgərlərimizə, eləcə də Milli Ordumuzun əsgəri, sıravi Səfərli Tural Faiq oğluna – oğluma güvənirəm.

 

Hər biri ilə fəxr edirəm.

 

Axı, mən əsgər atasıyam!

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Qəhrəman prezidentə niyə müraciət etdi?

Next Post

Azərbaycan çempionuna Facebook-da status yazdığına görə cinayət işi açılıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan çempionuna Facebook-da status yazdığına görə cinayət işi açılıb

DIN Xırdalanda baş verən partlayışla bağlı məlumat yaydı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.