İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar göstərir ki, ölkə hakimiyyəti kompromis axtarmağa başlamalıdır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Uotson deyib.
O qeyd edib ki, Vaşinqton İsraildə baş verənlərdən narahatdır. ABŞ prezidenti Co Baydenin və İsrailin baş naziri Benyamin Netanyahuya dediyi kimi, demokratik dəyərlər həmişə ABŞ-İsrail münasibətlərinin əlaməti olub və belə də qalmalıdır”, – deyə Uotson bildirib.
O vurğulamışdır ki, demokratik sistemdə bütün əsaslı dəyişikliklər əhalinin dəstəyi ilə müşayiət olunmalıdır. Demokratiyalar nəzarət və tarazlıqlarla gücləndirilir deyən Watson, Birləşmiş Ştatların İsraildə demokratiyanı dəstəkləməyə davam etməkdə qərarlı olduğunu söyləyib.
Havar Şəfiyeva





