Milyarder xaricdə qalmağa üstünlük verib.
Elchi.az Bloomberg-ə istinadən xəbər verir ki, Çin hakimiyyəti Alibaba-nın qurucusu, milyarder Cek Manı vətəninə qayıtmağa inandırmağa çalışsa da, iş adamı xaricdə qalmağa üstünlük verib.
Qərb jurnalistlərinin fikrincə, təklif Pekinin milli biznes ictimaiyyətinə dövlət dəstəyi nümayiş etdirmək istədiyini göstərir. Nəşr yazır ki, Cek Ma-nın mənfi cavabı “Çinin özəl biznesi inkişaf etdirmək istəyini sarsıdır”.
Xatırladaq ki, Alibaba 1999-cu ildə yaradılıb. Elektron ticarət və rəqəmsal ödəniş xidmətləri göstərən dünyanın ən böyük şirkətlərindən biridir.
2018-ci ilin payızında Cek Ma Çində biznes mühiti pisləşdiyi üçün Alibaba-nın Direktorlar Şurasının sədri vəzifəsindən getməyə qərar verdiyini açıqlamışdı. İş adamı həmçinin ÇXR hakimiyyətinin və dövlət müəssisələrinin şəxsi biznesə fəal şəkildə müdaxilə etmək istəyini də tənqid edib.
Cek Ma həmçinin etiraf edib ki, şirkətdən ayrıldıqdan sonra bütün boş vaxtını müəllimliyə həsr edəcək. O, şirkətin direktorlar şurasında qaldığını və idarəçilikdə söz sahibi olacağını açıqlayıb.
Şayəstə





