"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İsveç-Azərbaycan oyununda erməni təxribatı – Yeni detallar…

27 Mart 2023 - 13:09
in ÖNƏMLİ

İsveçdəki erməni icmasının üzvlərinin Stokholmda İsveç və Azərbaycan yığmaları arasında keçiriləcək Avro-2024-ün seçmə mərhələ oyununda törətmək istədikləri mümkün təxribatın yeni detalları üzə çıxıb.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, bu barədə Report-a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Diaspor rəhbərinin sözlərinə görə, ermənilər matçda açmaq üçün yeni bannerlər hazırlayıblar:

“Bu informasiya ilk gündən bizə ötürülüb. Məlumatları hüquq-mühafizə orqanlarına təqdim etmişik, indiyədək onlarla əlaqə saxlayırıq. Sizə göndərdiyim foto ermənilərin hazırladığı son bannerdir. Stadionda qanunsuz aksiya keçirmək istəyirlər. Təbii ki, Konqres üzvləri olaraq buna qarşı çıxacaq, həmin plakatların açılmamasına çalışacağıq. Çünki bu cür hallar İsveç qanunlarına ziddir. Stadionda yalnız yerli ölkə və Azərbaycan bayraqları ola bilər”.

Mirzəyev bildirib ki, ermənilər çirkin əməllərini həyata keçirmək məqsədilə oyuna təqribən 100-200 bilet alıblar:

“Onlar qondarma “artsax” bayraqları ilə stadiona gəlmək, üzərində “Laçın yolu açılsın” yazılmış banner sərgiləmək istəyirlər. Dünən də polislərlə danışmışam. Bu məsələnin üstünə ciddi düşüblər. Həm biz, həm də isveçlilər oyunda hansısa insidentin olmasını istəmirik. Ona görə yerli azarkeşlər də bizim tərəfimizdədirlər. Bu, futboldur, siyasi şüar səsləndirmək qanunsuzdur. İsveç mətbuatına da bununla bağlı açıqlama vermişik, demişik ki, ermənilər özlərini aqressiv aparırlar, diaspor fəaliyyətinə zidd hərəkətlərə hazırlaşırlar. İsveçdə Feysbuk materialları rəsmi sənəd sayılır. Odur ki, yerli polis buna reaksiya verməli, məsələni araşdırmalıdır”.

O, məsələnin İsveç Futbol Federasiyasında da qaldırılmasına çalışdıqlarını əlavə edib:

“Azərbaycanın İsveçdəki səfiri cənab Zaur Əhmədovla birlikdə şənbə günü milli komanda və AFFA rəhbərliyi ilə görüşümüz olub. Həm onları, həm də əfsanəvi futbolçumuz İqor Ponomaryovu məlumatlandırmışıq ki, bu gün İsveç Futbol Federasiyasının iclası olacaq. İstəyirik ki, AFFA bu məsələni həmin yığıncaqda da qaldırsın və mümkün təxribatın qarşısı alınsın. Sözsüz ki, banner hazırlamaq qanunsuz deyil, amma onu stadiona keçirmək olmaz”.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla isə açıqlamasında mümkün təxribatla bağlı bütün qabaqlayıcı addımların atıldığını vurğulayıb:

“Bu söhbətlər ilk dəfə ortaya çıxmağa başlayanda UEFA-ya məlumat verilib. Azərbaycanın İsveçdəki səfirliyi ilə daimi təmaslarımız olur. Səfirin özü də bizimlə görüşüb. AFFA məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarını da məlumatlandırıb”.

Qeyd edək ki, bu gün Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident Mədət Quliyevə yeni müavin təyin etdi

Next Post

Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

Klaar yenidən Azərbaycana gəlir

Klaar yenidən Azərbaycana gəlir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.