İsrailin “Ben Qurion” hava limanı ölkədə məhkəmə islahatlarına qarşı keçirilən kütləvi etirazlara görə bütün uçuşları dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
Martın 27-də Ben Qurion hava limanına təxminən 73 min sərnişinin gəlib çıxacağı gözlənilirdi.
Qeyd edək ki, martın 26-da İsraildə yenidən məhkəmə islahatlarına qarşı kütləvi nümayişlər başlayıb. Ölkə əhalisinin 6 faizindən çoxu olan 600 mindən çox insan küçələrə çıxıb.
Yeganə




