Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini elan etdikdən sonra İsveçrə nüvə silahları ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görülməsi barədə çağırış edib.
Elchi.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat qeyd edilib.
“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırması ilə bağlı xəbərlərə əsaslanaraq, İsveçrə nüvə silahı ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə çağırır”, – postda deyilir.
Nüvə müharibəsinin heç vaxt qalib gələ bilməyəcəyini və qalib gəlməməli olduğunu vurğulanan yazıda gərginlikdən qaçınmaq çağırışı da yer alıb.
Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edərək, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik”,-deyə bildirmişdi.
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “məsuliyyətsiz” hesab etdiklərini bildiriblər. Ukrayna Xarici İşlər Nazirliyi də Putinin qərarı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib.
Yeganə




