GT: Putin Belarusda nüvə silahı yerləşdirmək qərarı ilə ABŞ-a Ukrayna münaqişəsi ilə bağlı mühüm siqnal göndərdi
Elchi.az xəbər verir ki, “Global Times” Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı anbarı tikmək qərarını ABŞ-a onların münaqişədə iştirakı ilə bağlı siqnal adlandırıb.
Məqalədə deyilir: “Moskva bu addımı ilə Vaşinqton və Qərbin Ukrayna münaqişəsinə müdaxiləsini və ya kütləvi qırğın silahlarının tədarükünə davam etsə, Rusiyanın əks tədbirlər görməyə davam edəcəyini göstərməyə ümid edir”. Nəşr qeyd edir ki, Pentaqonun bu məsələdə təmkinli mövqeyi Vaşinqtonun Moskvanı qıcıqlandırmaq istəməməsindən xəbər verir.
Yazıda ayrıca qeyd edilir ki, ABŞ Ukrayna münaqişəsində iştirakı ilə öz məqsədinə çatmaq və Rusiyanı yıxmaq niyyətindədir. Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Qərb silahlarının Kiyevə tədarükü xüsusi əməliyyatın məqsədini və onun nəticəsini dəyişməyəcək, əksinə, münaqişəni uzada və Ukraynada mülki əhali üçün ciddi nəticələrə gətirib çıxara bilər.
Şayəstə






