Almaniya Müdafiə Nazirliyi Leopard 2 tipli tankların ilk partiyasının Ukraynaya göndərildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamaya görə, tankların istifadəsi ilə bağlı təlimdən sonra 18 tank Ukraynaya təhvil verilib.
Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, o, tankların müharibənin cəbhə xəttində “həlledici töhfə verə biləcəyinə” əmindir.
Ukraynadan gələn xəbərlərə görə, bölgəyə İngiltərədən də “Challenger 2” tipli tanklar gəlib.
Ukrayna aylardır Rusiyaya qarşı müasir maşınlar və silah sistemləri tələb edir.
Şayəstə




