Rusiyanın müdafiə naziri Sergey Şoyqu müdafiə sənayesi müəssisələri qarşısında məhsullarının həcmini artırmaq vəzifəsini qoyub. Tapşırıq dövlət müdafiə sifarişinin yerinə yetirilməsi üzrə qrafiklərə uyğun olaraq bütün çeşiddə məhsulların buraxılmasını ehtiva edir.
Elchi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri işgüzar səfəri çərçivəsində Çelyabinsk və Kirov vilayətlərində hərbi sənaye kompleksinin müəssisələrində dövlət müdafiə sifarişinin icrasının gedişini yoxlayıb. O, xüsusi əməliyyatı təmin etmək üçün bilavasitə hərbi təyinatlı malların istehsalı ilə məşğul olan müəssisələrin istehsalat sahələrinə baxış keçirib.
Sergey Şoyqu artilleriya, tank, müxtəlif çaplı minaatan mərmiləri, eləcə də idarə olunmayan aviasiya raketləri üçün avtomatlaşdırılmış istehsal xətlərinin işini yoxlayıb. Nazir istehsalat nəzarəti sahələrinin işini yoxlayıb.
Bütün bu hadisələrdən sonra Şoyqu işgüzar görüş keçirdi və orada istehsalın daha da artırılması ilə bağlı vəzifələri açıqladı.
Öz növbəsində müəssisə rəhbərləri dövlət müdafiə sifarişinin icrasının cari yekunları barədə məlumat veriblər. Həmçinin istehsal güclərinin müasirləşdirilməsi və genişləndirilməsi, əmək məhsuldarlığının artırılması layihələri sayəsində məhsulların həcminin dəfələrlə artdığını bildirmişlər. 2023-cü ilin sonuna kimi onlar daha 7-8 dəfə arta biləcəklər.
Şayəstə






