Lavrov Rusiya ilə ABŞ arasında dialoqun bərpası üçün şərt adlandırıb.
Elchi.az xəbər verir ki, Rusiya ilə dialoqu bərpa etmək üçün ABŞ hakimiyyəti sivil davranış prinsiplərinə qayıtmalıdır, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“ABŞ ilə əlaqələrimizi bərpa etmək üçün nə lazımdır? Onlar dövlətlərarası münasibətlərin aparılmasının sivil prinsiplərinə, o cümlədən START Müqaviləsində təsbit olunmuş prinsiplərə qayıtmalıdırlar”, – o, TASS-a müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, hələlik Moskva Vaşinqtonun beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş köklərə qayıtmağın zəruriliyi barədə düşünməyə belə hazır olduğuna dair heç bir əlamət görmür. Rusiya XİN rəhbəri xatırladıb ki, BMT Nizamnaməsində dövlətlərin bərabərliyinə hörmət edilməsi zərurəti var, lakin ABŞ-ın hərəkətləri birbaşa olaraq bu prinsiplə ziddiyyət təşkil edir.
Şayəstə






