Çexiyada ukraynalı qaçqınların uşaqları təhsillə bağlı problemlərlə üzləşib. Lidovkinin sözlərinə görə, ibtidai məktəblər həddən artıq sıxdır və Ukraynadan gələn uşaqlar üçün yerlərə zəmanət verə bilməz. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Mərkəzi məktəb müfəttişliyinin müavini Karel Kovarjın sözlərinə görə, gələn il onların partalarında 120 mindən çox uşaq əyləşəcək və onların arasında 6 minə yaxın ukraynalı da ola bilər.
Dəqiq məlumatlar aprelin ortalarında, müvəqqəti sığınacaq almış qaçqınların qeydiyyata alınacağı zaman məlum olacaq. Bundan sonra, Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi Çexiyada olan neçə uşaq və yeniyetmənin təhsil sisteminə daxil edilmədiyini başa düşmək üçün məlumatları müqayisə edəcəklər.
Daha əvvəl məlum olub ki, Çexiyada ukraynalı qaçqınlar üçün müavinətlər azaldılıb. Müvafiq qanunu ölkə prezidenti Petr Pavel imzalayıb. Azyaşlı ukraynalı miqrantlar üçün aylıq müavinət 3490 kron yaşayış minimumuna bərabər olacaq, yetkin ukraynalılar isə 4860 kron müavinət alacaqlar.
Havar Şəfiyeva






