ABŞ-ın eks-prezidenti hətta Ağ Evə qayıtmazdan əvvəl vəziyyəti həll edəcəyinə inandırıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən dövlət başçısı vəzifəsinə seçiləcəyi təqdirdə, Ağ Evə qayıtmazdan əvvəl Ukraynadakı münaqişəni “eyni gecədə” həll edəcəyinə söz verib.
Eyni zamanda o, diplomatik fövqəlgüclərini ancaq prezident vəzifəsində ortaya qoya biləcək, elçi təyin olunsa, heç nə alınmayacaq.
“Əgər qalib gəlsəm, vəzifəyə başlamazdan əvvəl bu münaqişəni həll edəcəm, buna 100% əminəm” Donald Tramp Fox News-a müsahibəsində deyib.
Siyasətçi vurğulayıb ki, münaqişəni yalnız prezident kürsüsündə olan şəxs həll edə bilər. Buna görə də, əgər lider kürsüsü əvəzinə ona elçi rolu təklif edilsəydi, o zaman tapşırıq mümkünsüz olardı.
Bundan əvvəl Tramp artıq söz vermişdi ki, yenidən dövlət başçısı vəzifəsinə seçilərsə, Ukrayna münaqişəsini cəmi bir günə asanlıqla həll edəcək. Onun Putin və Zelenski arasında danışıqlar üçün “sadə planı” var, lakin o, bunu açıqlamayıb. Dmitri Peskov bu bəyanatı şərh edərək qeyd edib ki, Ağ Ev həqiqətən vəziyyəti tez həll edə bilər – bunun üçün Kiyevə düzgün göstəriş vermək kifayətdir.
Şayəstə






