İlon Mask da daxil olmaqla mindən çox mütəxəssisin imzaladığı süni intellektə qarşı məktubda süni intellekt modellərinin hazırlanmasında yarışın riskləri barədə xəbərdarlıq edilir və fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunur.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Güclü süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir. Onlar dəqiq, təhlükəsiz, şərh edilə bilən, şəffaf, möhkəm, uyğun, etibarlıdır”, – İnstitutun nəşr etdiyi məktubda deyilib.
İmzalayanlar arasında İlon Mask, “Apple”ın həmtəsisçisi Stiv Voznyak və transhumanist tarixçi Yuval Noah Harari kimi tanış adlar var.
Yeganə




