Prokurorlar martın 27-də Texas ştatı sərhədinə yaxın Syudad Xuarez sərhəd şəhərində Meksika Milli Miqrasiya İnstitutunda baş vermiş və 38 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı “qətl araşdırması” başlatmışdı.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, obyektin içindəki təhlükəsizlik kameralarından çəkildiyi bildirilən 30 saniyəlik videoda, alov otağı bürüyərkən bir nəfərin qapını açmağa çalışdığı, lakin bir neçə mühafizəçinin çöldə getdiyi görünür.
Yanğınla bağlı “qətl araşdırması” başlatan prokurorlar, yanğında 38 nəfərin ölümünə səbəb olduğu düşünülən 8 şübhəlinin müəyyən edildiyini, şübhəlilərdən 5-nin isə Ciudad Juarezdəki obyektdə mühafizəçi olduğunu bildirib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador günahkarların “qanunvericiliyə uyğun olaraq” cəzalandırılacağını bildirib.
Şayəstə





