Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, belə hal birinci deyil.
Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerikanın “The Wall Street Journal” nəşrinin əməkdaşının saxlanmasına münasibət bildirib.
Onun Rusiyadakı fəaliyyətinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur, diplomat vurğulayıb.
Mariya Zaxarova Telegram kanalında Yekaterinburqda saxlanılan Evan Gerşkoviçin müxbir işi ilə bağlı olmayan qanunsuz fəaliyyətlə məşğul olduğunu izah edib. Həmçinin, Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu, psevdo-jurnalistlər tərəfindən ilk casusluq hadisəsi deyil.
“Təəssüf ki, ilk dəfə deyil ki, ölkəmizdə “xarici müxbir” statusu, jurnalist vizası və akkreditasiyadan əcnəbilər jurnalistikaya aid olmayan fəaliyyəti ört-basdır etmək üçün istifadə edirlər. Bu, əlindən tutulan ilk tanınmış qərbli deyil”, – Mariya Zaxarova yazıb.
Xatırladaq ki, Gerşkoviçin saxlanması martın 30-da məlum olub. O, casusluqda ittiham olunur. FSB-nin məlumatına görə, WSJ müxbiri Yekaterinburqdakı hərbi sənaye müəssisəsi haqqında dövlət sirri təşkil edən məlumat toplayıb.
Şayəstə




