Elchi.az xəbər verir ki, Rusiyada casusluq ittihamı ilə saxlanılan Wall Street Journal (WSJ) müxbiri Evan Qerşkoviç Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən cinayət başında yaxalanıb, bu barədə jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
“Bizim bildiyimizə görə, o, cinayət başında yaxalanıb”, – Rusiya liderinin sözçüsü bildirib.
Dmitri Peskovun sözlərinə görə, Kreml xarici KİV-lərin nəşrlərini izləyir, ona görə də onlar Evan Qerşkoviçin məqalələri ilə tanışdırlar və onları nəzərə alırlar.
Xatırladaq ki, WSJ-nin müxbiri Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb. Təhlükəsizlik qüvvələri Amerika nəşrinin jurnalistini Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumat toplamaqda ittiham edib.
Şayəstə




