Malavi administrasiyası 676 nəfərin ölümünə səbəb olan “Freddi” qasırğasında itkin düşən 537 nəfərin axtarışlarını dayandıracağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Malavi Milli Fəlakət İdarəsinin rəhbəri Çarlz Kalemba mətbuata açıqlamasında 17 gündür axtarışda olan 537 nəfərin axtarışına ümidlərin azaldığını, bu şəxslərin öldüyünü elan edəcəklərini bildirib.
Kalemba təbii fəlakətdə təxminən 143 min evin zərər gördüyünü, 659 min insanın köməyə ehtiyacı olduğunu bildirib.
Polis və ordu qüvvələri sürüşmə və daşqın nəticəsində dağılan ərazilərdə günlərlə axtarış aparır.
Qasırğanın vəba epidemiyasının yayılmasına səbəb olacağı narahatlığı ilə ölkədə gigiyena səfərbərliyinə başlanılıb.
Ümumdünya Meteorologiya Təşkilatı fevral ayında başlayan və bir aydan çox davam edən Freddy’nin “tarixin ən uzun sürən qasırğası” ola biləcəyini açıqladı.
Mozambik və Madaqaskar da qasırğadan mənfi təsirlənib.
Şayəstə





