NATO üzvlüyü üçün müraciət prosesi və baş nazir Sanna Marinin populyarlığı ilə gündəmə gələn Finlandiyada xalq sabah ümumi seçkilərə gedəcək.
Elchi.az xəbər verir ki, Finlandiyada siyasi partiyalar parlamentdəki 200 yer uğrunda mübarizə aparacaq.
Ölkədə partiyaların parlamentə daxil olması üçün seçki baryeri yoxdur, lakin xəzinə yardımından yararlanmaq üçün siyasi partiya 2 faizdən çox səs toplamalıdır.
Finlandiya mətbuatında paylaşılan son sorğulara görə, Sosial Demokratların rəhbərlik etdiyi hazırkı beşpartiyalı hökumət böyük ehtimalla bir daha formalaşmayacaq.
Ekspertlər bildirirlər ki, 2019-cu il seçkilərində çox yaxın səs toplayan üç partiyadan hansının lider olacağını proqnozlaşdırmaq çətindir.
Son sorğular göstərir ki, Milli Koalisiya Partiyası 20,8 faiz, Sosial Demokrat Partiyası 19,9 faiz, millətçi Həqiqi Finlər isə 19 faiz səs alacaq.
Ölkədə erkən səsvermə martın 22-28-də müxtəlif regionlarda başa çatıb.
Yeganə





