“Anadolu” agentliyi xəbər verir ki, Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanunun mətni şənbə günü Türkiyə hökumətinin rəsmi qəzeti “Resmi Gazete”də dərc olunub.
Elchi.az xəbər verir ki, qanuna əsasən, 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında” protokol təsdiq edilir.
Qanun “Resmi Gazete”də dərc edildiyi gündən qüvvəyə minir.
Martın 31-də Türkiyə parlamenti Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olması ilə bağlı protokolu ratifikasiya edib.
Beləliklə, Şimali Atlantika Alyansının bütün 30 üzvü tərəfindən protokolun təsdiqi prosesi başa çatıb. Rəsmi prosedurlar başa çatdıqdan sonra Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olacaq.
Yeganə






