"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nizaməddin Quliyevin adı növbəti dəfə ölüm işində…

08 Yanvar 2015 - 11:34
in CƏMİYYƏT

Qarabağ qazisinin özünü öldürməsi rayonu bir-birinə qatıb359

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Goranboy rayonunda vəziyyət yenidən kritik həddə çatıb. Belə ki, Qarabağ qazisi Bəxtiyar adlı şəxs yanvar ayının 6-da özünü 5-ci mərtəbədən ataraq intihar edib. Təəssüf ki, bu haqda demək olar ki, heç bir KİV-də məlumat verilməyib.
İntiharın təfərrüatları ilə bağlı əldə etdiyimiz məlumatlar isə hər birinizi şoka salacaq. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, özünü öldürən Qarabağ qazisi Goranboy rayon Uşaq İncəsənət Məktəbinin direktoru Afaq Axundovanın həyat yoldaşı olub. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən hadisə baş verən gün səhər saatlarında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin birinci müavini Baxış Abdullayev Qarabağ qazisinin direktor işləyən həyat yoldaşı Afaq Axundovanı yanına çağıraraq ondan rayonda həyata keçirilən abadlıq işlərinə görə 5000 min manat pul istəyib. Baxış Abdullayev bildirib ki, tapşırıq ICRA başçısı Nizaməddin Quliyev tərəfindən verilib:
 «Bu qədər pulu düzəldib verə bilməyəcəyini görən xanım direktor baş verənləri həyat yoldaşı Bəxtiyara danışıb və onu ICRA başçısı ilə görüşə göndərib. İcra başçısı Nizaməddin Quliyevlə görüşən Bəxtiyar onlarda bu qədər pulun olmadığını deyib. Lakin icra başçısı onu təhqir edərək otaqdan qovub. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Bəxtiyar isə başçıya bildirib ki, onun bu hərəkətlərinin müqabilində intihar edəcək. Başçı isə buna məhəl qoymayaraq «nə istəyirsən elə, get özünü öldür, bunun mənə heç bir dəxli yoxdur» deyib. Nəticədə Qarabağ qazisi olan Bəxtiyar canından bezərək özünü binanın 5-ci mərtəbəsindən ataraq öldürüb. Qazinin canına qəsd etməsi bütün rayonu bir-birinə vurub. Son iki gündür Goranboyda gərginlik səngimək bilmir. İcra başçısı açıq-aşkar şəkildə Qarabağ qazisini intihara sürükləyib. Yerli əhali yaranmış vəziyyətə biganə qalmaq fikrində deyil. Camaat israrla icra başçısının dəyişdirilməsini istəyir». Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, özünü öldürən Bəxtiyar adlı şəxs Goranboy rayon 3 saylı orta məktəbin keçmiş direktoru Nüşabə Əhmədovanın qardaşıdır. Xatırladaq ki, Nüşabə Əhmədova ilə icra başçısı Nizaməddin Quliyevin arasında bir müddət əvvəl intriqa yaşanmış və məktəb rəhbəri həbs olunmuşdu. Keçmiş direktor mətbuata açıqlamasında icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin təhsil şöbəsinin müdiri İlham Hüseynova verdiyi göstəriş əsasında işdən çıxarıldığını demişdi: «Səbəb də odur ki, icra başçısı məni bu vəzifədə görmək istəmir. Mənimlə nəyin ədavətini çəkir bilmirəm, təhsil şöbəsinin müdiri də onun dediyini icra edir». Qeyd edək ki, iki ilə yaxın müddətdə həbsdə yatan Nüşabə Əhmədova ötən ilin dekabr ayının 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxıldı. Apardığımız araşdırmalar göstərir ki, Nizaməddin Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunandan sonra rayonda vəzifəli şəxslərin özünü öldürməsi, yəni intihar halları sanki adiləşib. Məsələn, Goranboy rayonunun sabiq baş həkimi Faiq Abdullayev 2011-ci il 4 mart, saat 20 radələrində intihar edib. Sabiq baş həkim özünü xəstəxananın 3-cü mərtəbəsindən ataraq öldürüb. Keçmiş baş həkim ölümündə təqsikar kimi göstərilən şəxslərdən biri də icra başçısı idi. Belə ki, mərhumun həyat yoldaşı Gülnarə Abdullayeva mətbuata açıqlamasında bu hadisəni intihar kimi qəbul etmədiyini söyləyib: «Faiqi öldürüblər. Guya ki, özünü 3-cü mərtəbədən atıb. Həmin yerin altı betondur, üstünü mamır, torpaq örtüb. Bu adam özünü aşağı atıbsa, niyə başında, qolunda, qıçında bir sınıq yoxdur? Üzündə nə bir dənə sıyıq var, nə cızıq, nə bir qan izi. Nə şalvarında, paltarında torpaq, qan var. Qolundakı saat niyə qırılmayıb? Heç olmasa üst-başında palçıq olardı da. Onu boynundan sıxıb öldürüblər. Üzü qibləyə də uzadıblar.
İntihar edibsə, bunun səbəbləri olmalıdır. Dəli deyil, 18 yaşı yoxdur, müharibədə iştirak etmiş, bərkə-boşa düşmüş, kasıbçılıq görmüş adamdır. Necə oldu ki, intihar edib? Prokurora dedim ki, intihar edibsə, səbəbi olmalıdır, uşaq deyil ki. Rəis də gəlib dedi ki, Faiq həkim həmin gün xəstəlik kağızı yazıb. Əgər başı pozulubdursa, niyə Gəncəyə xəstə göndərir, təcili yardıma 20 manat pul verir?!Baş həkim Rüstəm Budaqov deyir ki, onun ağlı çaşıb. Əgər onun ağlı çaşmışdısa, bu, cərrah idi, yazardın ki, bunun ağlı yerində deyil, işləməyə qoymuram. Həkimin düşməni ola bilməz. Nə qədər Goranboy, Tərtər camaatı var idi, onlara baxırdı. Bütün Gəncə camaatına, kəndlərə baxırdı. Hamı ilə dil tapan adam Nizaməddin Quliyevlə dil tapa bilmirdi. Mən Faiqin ölümündə təqsirkar kimi Nizaməddin Quliyevi bilirəm». Mətbuatda baş həkimin intiharı ilə bağlı ICRA başçısının istintaqda dindirilməsi haqda xəbərlərin yayılmasına baxmayaraq, sonradan bu məsələ hansısa yollarla ört-basdır edildi. Amma rayonda ümumi ab-hava yenə də düzəlmədi. Ötən ilin dekabr ayında rayonda növbəti intihar hadisəsi qeydə alındı. Bu dəfə canına qəsd edən şəxs Goranboy rayon Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru Məmişov Yolçu Məmiş oğlu oldu. O özünü güllələyib öldürdü. İddialara görə, direktorun külli miqdarda borcu olub və onun borclanmasına rayon rəhbərliyinin yerli-yersiz istəkləri, o cümlədən direktorun təmir-tikinti işlərinə cəlb edilməsi səbəb olub. Göründüyü kimi, Nizaməddin Quliyev rayona rəhbər təyin olunandan indiyə qədər saysız-hesabsız intihar hadisələri qeydə alınıb. Başqa sözlə desək, Goranboy getdikcə intihar rayonuna çevrilməkdədir. Görəsən, əlaqədar dövlət qurumlarının rəsmiləri niyə hələ də susurlar? Qarabağ qazisinin intiharı ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Uşaq İncəsənət Məktəbinin direktoru Afaq Axundovadan 5000 manat istəməkdə ittiham olunan birinci müavin Baxış Abdullayevi yerində tapa bilməsək də, Nizaməddin Quliyevin digər müavini Rafət Qurbanovla danışdıq. O qazinin özünü öldürməsi faktını təsdiq etdi və hadisə ilə bağlı cinayət işinin açıldığını, istintaqın getdiyini bildirdi: «Bu haqda başqa heç nə deyə bilmərəm». Maraqlıdır, görəsən niyə bu intiharların hamısında Nizaməddin Quliyevin adı hallanır? Bu haqda gələn saylarımızda əlavə məlumat verəcəyik. Bizi izləyin.
Mövzu ilə bağlı qarşı tərəflərin də münasibət bildirmək hüququ var.
“Meydaninfo.com”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Jurnalı gülləbaran edənlərin biri hər şeyi danışır

Next Post

Qubad İbadoğlu:”Neftin ucuzlaşmasından 9 milyard itirəcəyik”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Qubad İbadoğlu:"Neftin ucuzlaşmasından 9 milyard itirəcəyik"

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.