“Rəsmi xəbərləri izləyin. Əgər sənin səsin mənim səsimdən yüksəkdirsə, bu o demək deyil ki, düz deyirsən”. Elchi.az News.am-a istinadən xəbər verir ki, bu sözləri aprelin 3-də Ermənistan Milli Assambleyasında jurnalistlərlə söhbətində müdafiə nazirinin müavini Arman Sarkisyan jurnalistlərin Tex kəndi istiqamətindəki əməliyyat vəziyyəti suallarını cavablandırarkən deyib.
Ordunun əl-qolunu kim bağlayıb sualına nazir müavini belə cavab verib: “Bizim əlimizdən tutan yoxdur”. O, Silahlı Qüvvələrimizin Tex kəndi istiqamətində baş verən insidentin qarşısını niyə almaması və azərbaycanlıların növbəti dəfə Ermənistanın suveren ərazisinə nə üçün sərbəst şəkildə basqın etməsi suallarına da cavab verməyib. “Müdafiə Nazirliyinin mətbuat xidməti var ki, hər bir problemə vaxtaşırı, mütəmadi, operativ reaksiya verir, təhlillər, operativ məlumatlar, artıq yoxlanılmış məlumatlar əsasında rəsmi məlumatlar verir. Biz kiçik ölkədə yaşayırıq, hər şeyi tez aydınlaşdırmaq olar və heç nəyi gizlətmək mümkün deyil”, – deyə Arman Sarkisyan bildirib.




