Avstraliyada ölkənin tarixindəki ən böyük biotəhlükəsizlik əməliyyatında ölü tısbağalar və qurbağa ayaqları da daxil olmaqla 38 ton ölkənin ərzaq təhlükəsizliyini təhlükə altına alan yüksək riskli qida ələ keçirilib.
Elchi.az xəbər verir ki, BBC-də yer alan xəbərə görə, sərhədçilər şübhəli paketi görən Sidney şəhərindəki anbara basqın edib.
Reyddə ölmüş tısbağalar, qurbağa ayaqları və müxtəlif heyvanlardan alınan çiy ətlər olan qutularda qanunsuz olaraq ölkə ərazisinə gətirilən 38 ton 116 adda müxtəlif məhsul aşkar edilərək götürülüb.
Avstraliyanın Kənd Təsərrüfatı Naziri, senator Murray Watt verdiyi yazılı açıqlamada basqınları şok edici adlandırıb:
“Bu əməliyyat bizə qiymətli biotəhlükəsizliyimizi qorumağa davam etməsək nəyin təhlükə altında olduğunu açıq şəkildə xatırladır”.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Endryu Metkalf bildirib ki, sözügedən qidalar xəstəlik yayma riski daşıyır.
Avstraliyanın ciddi biotəhlükəsizlik qaydalarını pozanları 4,5 milyon dollara qədər cərimə gözləyir. Əməliyyatın Avstraliya tarixində ən böyük biotəhlükəsizlik əməliyyatı olduğu bildirilir.
Yeganə




