İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səudun Ər-Riyada səfər dəvətini qəbul edib.
Elchi.az xəbər verir ki, bunu respublikanın birinci vitse-prezidenti Məhəmməd Mohber təsdiqləyib.
“Kral Salman İran prezidentini Ər-Riyada səfərə dəvət etdi və o, bu dəvətə müsbət cavab verdi”, – İranın Mehr agentliyi Mohberin sözlərindən sitat gətirib.
Vitse-prezident təklif olunan səfərin tarixi barədə məlumat verməyib.
Mohber həmçinin vurğulayıb ki, qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq İranın hazırkı hökumətinin əsas strategiyalarından biridir.
Yeganə





