Tunis müxalifəti martın 22-dən bəri ictimaiyyət qarşısına çıxmayan prezident Kays Səidin vəziyyəti ilə bağlı açıqlama tələb edib.
Elchi.az xəbər verir ki, Tunisdə Milli Azadlıq Cəbhəsi, mövzuyla əlaqədar mətbuat konfransı təşkil edib. Çıxış edən müxalifət lideri Əhməd Nəcib əş-Şaabi bildririb ki, onlar hökumətdən prezidentin gözdən kənarda qalmasının səbəbini açıqlamasını tələb edirlər.
Bu qeyri-müəyyənliyə son qoymağa çağıran Şabi, Səhiyyə Naziri Əli Murabitin prezidentin səhhəti ilə bağlı sualları cavabsız qoyduğunu vurğulayıb.
Tunis rəsmilərindən prezidentin sağlamlıq durumu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.





