“Fitnesle məşğul olduğunuz zaman qida rejiminizə mütləq şəkildə diqqət yetirməlisiniz.
Bunlar bir biri ilə sıx bağlıdır. Məsələn arıqlamaq istəyən xanımlar nə qədər yaxşı məşq etsə də, kardio məşqləri etsə belə, yemeyə fikir verməyəndə istədiyi nəticəni əldə etməyə uzun zaman çəkəcək”- bu sözləri Elchi.az-a açıqlamasında idman ustası Zelfira Ələkbərli deyib.
həmçinin qeyd edib:”Eləcə də çəki artırmaq istəyən xamımlar həm yuxu, həm də qida rejiminə diqqət yetirməlidir.
Bir xanım fitneslə ona görə məşğul olmalıdır ki, bədən formasını daha da mukəmmələşdirsin və əzələ kütləsini artırsın. Bədənimizin hər hansı bir nahiyəsində boşluqlar, sallanmalar varsa fitmeslə bunları aradan qaldırmaq mümkündür. Özümüzə qarşı inamı, öz güvəni artırmaq və daima gözəl formada qalmaq üçün fitnesslə məşğul olmağ mütləqdir”.
Havar Şəfiyeva






