“Azərbaycan bir çox ölkələrlə iki tərəfli müqavilələrə imza atıb. İstər Azərbaycanda, istərsə də Qarabağda belə layihələr geniş şəkildə reallaşdıracaqdır”- bu sözləri Elchi.az-a açıqlamasında politoloq Rizvan Hüseynov deyib.
O, sıx əlaqə qurduğumuz ölkələr arasında Pakistanın adını xüsusi qeyd edib:”Bizə dəstək verən türk dövlətlərindən həmçinin Qazaxıstanı, Özbəkistanı da qeyd etmək olar. Bu münasibətlər gələcək turanın formalaşmasında mühüm rol oynayır. Turanın dayaqları da əsasən humanitar, iqtisadi əlaqələrin sıx olmasıdır. Azərbaycanın inkişafında maraqlı olan bir çox digər ölkələr də vardır. Əfsuslar olsun ki, bizə qarşı çıxan ölkələr də siyasi təhtidlərlə çıxış edən ölkələr də mövcuddur. Onlardan İran və Fransanı xüsusi qeyd etmək olar. Ermənistanı bunların kiçik tulası kimi qeyd edərdim. Hindistan da bəzi məqamlarda bu ölkələrə dəstək verir. Rusiyanın da passiv mövqeyi də bu münasibətlərə öz təsirini göstərir”.
Havar Şəfiyeva






