Aprelin əvvəlinə Ukrayna Qərb dövlətlərinin vəd etdiyi 293 tankdan 57-sini alıb. Elchi.az bu barədə TAASS-a istinadən xəbər verir.
Aprelin əvvəlinə Qərb istehsalı olan vəd edilmiş döyüş maşınlarının 19 faizi Kiyevə təhvil verilib, ekspertlər Ukrayna Silahlı Qüvvələrinə verilən tankların sayını açıqlayıblar.
Yanvarda Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko demişdi ki, Qərb dövlətləri Kiyevə 321 ağır tank tədarük etməyi vəd ediblər. Onun sözlərinə görə, çatdırılma müddətləri müxtəlifdir, lakin mümkün qədər tez kömək lazımdır.
Havar Şəfiyeva






