Əvəzində İtaliya və San Marinoda Rusiya Federasiyasını Aleksey Paramonov təmsil edəcək.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sergey Razovun Rusiyanın İtaliyadakı səfiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
“Razov Sergey Sergeeviç Rusiya Federasiyasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən azad edilsin”, – deyə hüquqi informasiya portalında dərc olunan sənəddə deyilir.
Digər sərəncamlarla Rusiya lideri Aleksey Paramonovu Rusiyanın İtaliya və San Marinodakı səfiri təyin edib. Razov bu vəzifəni 2013-cü ilin may ayından icra edir.
Şayəstə






