"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ziya Məmmədovun Abbas Abbasova müəmmalı zəngi

26 İyul 2014 - 17:06
in MARAQLI

Elə bu səbəbdən də hazırda Məmmədov hakimiyyət daxilində olduqca çətin anlar yaşayır…24573


Ötən ilki prezident seçkiləri ərəfəsində nəqliyyat naziri Ziya Məmmədovla Rusiyada yaşayan Azərbaycanın keçmiş baş nazir müavini Abbas Abbasov arasında sıx təmas mövcud olub. Hətta nəqliyyat naziri Abbasovla bir neçə dəfə telefon əlaqəsi də saxlayıb. 

Qaynar.info xəbər verir ki, bu barədə “Unikal”a məlumatlı mənbədən bildirilib.

Qeyd edək ki, Abbas Abbasov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) əsas memarlarından biri sayılırdı. Bu ittifaqın yaranma səbəbi isə onun vasitəsi ilə Moskvanın ölkəmizin iç işlərinə siyasi müdaxiləsi olaraq göstərilirdi.

Məhz bu səbəbdən Ziya Məmmədovun həmin siyasi baxımdan gərgin aylarda, Abbas Abbasovun Rusiya hakimiyyətinin siyasi maraqları prizmasından çıxış etdiyi və iqtidar içindəki bəzi dairələrə davamlı tənqidi ismarıçlar göndərdiyi dövrdə birbaşa təmas qurması suallar yaradır.

Bildirildiyinə görə, artıq nəqliyyat nazirinin sabiq baş nazir müavini ilə həmin təmasları deşifrə edilib və elə bu səbəbdən də hazırda Məmmədov hakimiyyət daxilində olduqca çətin anlar yaşayır.

Burada daha bir maraqlı məqam isə Məmmədovla Abbasovun ayrı-ayrı vaxtlarda verdikləri açıqlamalarda üst-üstə düşən bir məqamdır. Belə ki, ötən ilin yayında Abbas Abbasov müsahibələrində onunla hakimiyyət arasında münasibətləri pozmağa çalışan qüvvələrin varlığından bəhs edirdi. Ziya Məmmədov isə bu yaxınlarda “Unikal” olaraq qəzetimizə açıqlamasında özü və yaxınları barədə mətbuata sızan kompromatlarda bəzi adamların maraqlı olduğunu demiş və heç bir konkret ünvan göstərməmişdi.

Bu iki açıqlamadan belə başa düşmək olar ki, sabiq baş nazir müavini ilə nəqliyyat naziri özlərinin hədəfə gəlməsində iqtidardakı müəyyən çevrələrdən şübhələnirlər və o ehtimal da istisna deyil ki, əslində hər iki şəxsin gileyləndiyi çevrələr eyni dairələrdir.

Hələ aylar əvvəl KİV-də belə iddialar dolaşırdı ki, RATİ-nin aparıcı simalarından biri “AST” şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdur və onunla Ziya Məmmədovun dostluq münasibətləri var. Eyni zamanda onların ortaq biznesinin olduğu da bildirilirdi. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla RATİ-nin sədri olmuş baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb. Sonradan isə Məmmədov artıq Abbasovla birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa dialoqdan çəkinməyib.

Bu arada daha bir ilginc iddia ondan ibarətdir ki, nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədov Çeçenistanda biznes qurub. Onun bunu nazir qardaşından xəbərsiz etdiyini düşünmək sadəlöhvlük olardı. Hazırda Məmmədovlarla Çeçenistan prezidenti Ramzan Kadırov arasında yaxşı işgüzar münasibətlərin olduğu bildirilir.

Ramzan Kadırovun isə Rusiya prezidenti Vladimir Putinlə hədsiz dərəcədə yaxınlığını bilməyən yoxdur. Kadırov Kremlin sahibinə hədsiz sədaqəti ilə bilinir və qeyd olunur ki, bu səbəbdən Putin ona yüksək etimad göstərir. Məmmədovların Çeçenistana sərmayə yatırmaları isə onların Kadırov vasitəsilə Putinlə yaxınlaşmaq cəhdlərinin təzahürü kimi dəyərləndirilir.

Yeri gəlmişkən, maraqlıdır ki, məhz RATİ ilə bağlı proseslərin gücləndiyi vaxtda – ötən ilin mayında Çeçenistan Respublikasının Nəqliyyat və rabitə nazirliyi Bakı şəhəri ilə Qroznı arasına beynəlxalq avtobus reyslərinin açılması üzrə işlər apardığı barədə məlumat yaydı. Həmin vaxt ölkənin nəqliyyat və rabitə naziri Ramzan Çerxiqova bildirmişdi ki, əsas diqqət Çeçenistan Respublikasının nəqliyyat vasitələrinin keyfiyyətinin artırılmasına, xidmətin keyfiyyətinə və sərnişinlərin təhlükəsizliyinə yönəldilib. Bununla əlaqədar yeni “For Tranzit”, “MAN” və “PAZ” markalı avtobuslar alınıb. Prosesin digər tərəfində bizim Nəqliyyat Nazirliyinin dayandığını söyləmək yəqin artıq olardı. Sonradan bu istiqamətdə hər hansı yenilik baş vermədi, belə güman etmək olar ki, bu, Məmmədovların “Çeçenistan açılımı”nın iflası ilə bağlıdır.

Beləliklə, bütün bu iddialardan görünən budur ki, nəqliyyat nazirinin Kremllə və ona yaxın olan Abbas Abbasovla sıcaq ilişgilər qurmaq üçün kifayət qədər cəhdləri və səyləri olub. İstisna deyil ki, Məmmədovların özləri və biznesləri ətrafında son aylarda cərəyan edənlər də məhz belə səylərin və cəhdlərin deşifrə edilməsi ilə birbaşa bağlıdır. Onların ciddi şəkildə tənqid hədəfinə gətirilməsini yuxarıda diqqətinizə çatdırdığımız məqamlara görə cəzalandırma kimi də başa düşmək olar.

Qaynar.info

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Atletiko” Fransa millisinin futbolçusunu istəyir

Next Post

Türk liseyləri ilə bağlı valideynlər toplaşdı – ETİRAZ

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Türk liseyləri ilə bağlı valideynlər toplaşdı - ETİRAZ

Bakıda endirimli kitab yarmarkası başladı - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.