“Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. Belə ki, SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər”- Elchi.az xəbər verir ki, bu sözləri açıqlamasında Turan Rzayev deyib.
“Onsuz da gərgin olan İran-Azərbaycan münasibətləri 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra kritik həddə çatdı. Rəsmi Bakı haqlı olaraq hadisənin baş verməsində İran hakimiyyətini günahlandırdı və Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi. Səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə yanvarın 29-da Bakıya gətirildi. Bununla belə, Bakı Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Belə ki, Azərbaycan Tehrandakı diplomatik missiyasını dayandıraraq terakt ilə bağlı İrana etirazını bildirdi.
Təbrizdəki Baş Konsulluğun bağlanması isə həm İrandakı vətəndaşlarımızı, həm də 40 milyondan artıq soydaşımızın taleyinin rejimin insafına buraxmaq demək olardı. Buna görə də rəsmi Bakı Tehrandakı səfirliyimizdə törədilən terakta baxmayaraq, Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı”.
Havar Şəfiyeva






