“Politico” nəşri öz mənbələrinə istinadən yazır ki, Çin ABŞ-ın yüksək səviyyəli əlaqələri bərpa etmək cəhdlərini rədd edir.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, Pekin ABŞ dövlət katibi Entoni Blinkenin Çinə təxirə salınmış səfəri üçün yeni tarix təyin edilməsini dəstəkləmir. Onlar həmçinin digər Amerika rəsmilərinin səfərlərini və hətta iki ölkənin liderləri – Co Bayden və Si Cinpin arasında telefon danışığını da əlaqələndirmirlər.
Qeyd olunur ki, Tayvanın baş qərargah rəisi Tsay İnq-venin ABŞ-a səfərindən və onun amerikalı rəsmilərlə görüşlərindən sonra Pekinin Vaşinqtonla diplomatik əlaqələri bərpa etmək istəməməsi daha da güclənə bilər.
Blinken əvvəllər fevral ayında baş tutmalı olan Pekinə səfərini Çin şarının ABŞ-ın bütün ərazisini keçdiyi insident səbəbindən qeyri-müəyyən müddətə təxirə salmışdı. Amerikalılar bunun kəşfiyyat aparan zond olduğunu, çinlilər mülki hava şarının təsadüfən kursunu itirdiyini iddia edir.
Tayvan ətrafında vəziyyət o zaman ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri postunu tutan Nensi Pelosinin ötən ilin yayında adaya səfərindən sonra gərginləşib. Bu səfər adanı ÇXR-in əyalətlərindən biri hesab edən və amerikalı siyasətçilərin belə səfərlərini Vaşinqtonun Tayvan separatizminə dəstəyi kimi qiymətləndirən Pekinlə razılaşdırılmayıb. Buna cavab olaraq Çin ordusu adanın yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirib.
Yeganə





