İspaniyanın keçmiş xarici işlər naziri Xosep Pike 68 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə yerli “La Sexta” telekanalı siyasətçinin ailəsinin yaydığı bəyanata istinadən məlumat yayıb.
“Ərimiz və atamız Xosep Pikenin vəfatını dərin kədər hissi ilə elan edirik. Onun dürüstlüyü, gücü, ailəsinə, işə sevgisi və həyat mübarizəsi hər zaman bizi müşayiət edəcək”, – deyə Pikenin qohumlarının mesajında deyilir. Qeyd olunur ki, eks-nazir oktyabrın 12-də Madriddə xəstəxanada dünyasını dəyişib.
Havar Şəfiyeva





