Siyasətçi bildirib ki, ittiham və həbs onun prezident seçkilərində iştirak planlarına müsbət təsir edib.
Elchi.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp maliyyə fırıldaqçılığına görə ittiham olunduğu və müvəqqəti həbs olunduğu günü “inanılmaz təcrübə” və “tarixin ən yaxşısı” adlandırıb.
Ağ Evin keçmiş rəhbəri Truth sosial şəbəkəsində yazıb: “Bu, əsassız ittihamların irəli sürülməsindən sağ çıxan biri üçün tarixdə bəlkə də ən yaxşı gün idi”.
Tramp həmçinin qeyd edib ki, ittiham aktı və həbs onun gələn il keçiriləcək prezident seçkilərində iştirak etmək planlarına müsbət təsir edib. “Mənim reytinqlərim heç vaxt bu qədər yüksək olmamışdı” dedi və əlavə etdi ki, kampaniya üçün 10 milyon dollar toplanıb.
Bundan əlavə, Trampın seçki kampaniyası ilə bağlı maliyyə vəsaiti toplayan internet saytında indi hüquq-mühafizə orqanları əməkdaşlarının iddia qaldırarkən çəkdiyi şəkil kimi stilizə edilmiş siyasətçinin şəkli olan köynək almaq imkanı var.
Tramp ABŞ-da cinayət işi açılan ilk eks-prezidentdir. Siyasətçi 30-dan çox maddədə, o cümlədən Tramp Təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham olunur.
Şayəstə





