Prezident qeyd edib ki, hazırda iş qrafikə uyğun davam edir.
Elchi.az xəbər veri ki, Rusiya prezidenti Vladimir Putin LPR rəhbəri vəzifəsini icra edən Leonid Paseçniklə görüşü zamanı respublikada ən qısa zamanda federal icra orqanlarının və hüquq-mühafizə orqanlarının yaradılmasının zəruriliyini bəyan edib.
O, həmçinin qeyd edib ki, bu iş “adi vaxtda olduğu kimi davam edir” və müvafiq sənədlər hazırlanır.
“Dünən hər şey müzakirə olundu. Dünən razılaşdığımız kimi, müvafiq təlimatlar hazırlanacaq. Ümid edirəm ki, bu da işləri sürətləndirmək üçün yaxşı təkan olacaq. Sənədlərinizi bizə verin”, – Rusiya lideri bildirib.
Əvvəlcə Vladimir Putin 2023-cü il martın 5-də Rusiyanın yeni regionlarının rəhbərləri ilə şəxsi danışıqlar aparmağı planlaşdırsa da, prezidentin sıx iş qrafiki ilə əlaqədar görüşlər növbəti günə təxirə salınıb.
Şayəstə




