İraq Yekaterinburqdan Şarm əl-Şeyxə uçan “Rossiya” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb.
Elchi.az xəbər verir ki, İraq nə üçün bu addımı atması ilə bağlı açıqlama verməyib.
“Uçuş üçün bütün icazələri olan Yekaterinburqdan Şarm Əl-Şeyxə FV5569 reysini həyata keçirən “Boeing 737 FV5569” təyyarəsinin səbəbləri izah edilmədən İraqın hava məkanına daxil olmasına icazə verilməyib”, – deyə şirkətin mətbuat xidmətindən bildirilib.
Nəticədə Rusiya təyyarəsi İranın hava məkanında bir neçə dövrə vuraraq Soçinin ehtiyat hava limanına uçub.
Yeganə




