"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Orden və medallar hörmətlə təqdim olunmalıdır”

07 Aprel 2023 - 14:52
in MANŞET

Qüdrət Həsənquliyev: “Bunların hamısı qanunvericilik qaydasında tənzimlənməlidir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Əvvəlcə onu qeyd edim ki, İran İslam Respublikası ilə bağlı qəbul etdiyimiz byanat çox yumşaq idi. Kaş onlar bunu qiymətləndirməyi bacarsınlar. Amma belə olacağını düşünmürəm. Qorxuram ki, panfarsistlər bunu bizim zəifliyimiz kimi qəbul etsinlər.
Hörmətli sədr! Mən komitə iclasında geniş çıxış elədim və söylədim ki, əlbəttə bu medalın təsis olunmasını alqışlayıram. Amma təklif edirəm ki, əsasnamədə dəyişikliklər etməliyik”.
Elchi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkilinin fikrincə, ümumiyyətlə orden və medallarn təsis olunması haqqında 1992-ci ilin noyab ayında qanun qəbul olunub: “Həmin qanun layihəsi iki maddədən ibarətdir. Düşünürəm ki, Əsasnamədə orden və medalların kimlərə verildiyi, kimlər tərəfindən və hansı formada təqdim olunduğu qeyd olunmalıdır.
Hörmətli Sahibə xanım! Siz də millət vəkili idiniz və yəqin xatırlayırsınız ki, millət vəkilləri cənab Prezident tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təltif olundular. Mərhum prezident Heydər Əliyev o zaman deyirdi ki, Azərbaycan xalqının ən böyük nailiyyəti onun istiqlalıdır. Bu istiqlal Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Amma həmin medallla bağlı mənə zəng elədilər ki, kabinetdə qoymuşuq, gəlin oradan götürün. Eyni ilə də bəzi mərkəzi icra hakimiyyəti orqanlarının 100 illiyi ilə bağlı medallar təsis etdik. Onlar da özlərinə rəva bilmədilər ki, millət vəkillərini dəvət edib, həmin medalları hörmətlə təqdim eləsinlər. Milli Məclisə göndəriridilər və Milli Məclisdən də zəng vururdular ki, gəlin medalınızı götürün. Məni də təltif ediblər və buna görə bir daha öz təşəkkürümü bildirirəm. Orden və medal dövlətin adından təqdim olunur. Ona görə də hesab edirəm ki, bu hörmətlə təqdim olunmalıdır. İndi Heydər Əliyevin 100 illiyi ilə bağlı medal təsis olunur və mən qorxuram ki, eyni hörmətsiz münasibət yenə də ifadə olunsun. Ona görə də, əsanamədə, ümumiyyətlə orden və medallar haqqında qanunda yazılmaldır ki, ordenlər ümumiyyətlə prezident və birinci vitse-prezident tərəfindən xüsusi dövlət törənində təqdim olunur. Mərhum Prezident Heydər Əliyev böyük dövlət adamı idi. Biz görürdük ki, o, təltif olunan 30-40 nəfəri toplayır, onlara hörmətlə yanaşılır, gül verilir, şəkil çəkdirilir və hətta bəzən söz də veriridi. Ordenlər dövlətin adından böyük hörmətlə təqdim olunurdu. Düzdür, bəzən cənab Prezident tərəfindən ayrı-ayrı hallarda ordenlər təqdim olunur. Ancaq hesab edirəm ki, Prezident tərəfindən təltif olunan bütün orden və medallar prezidentin özü, birinci vitse-prezident, yaxud baş nazir tərəfindən, mərkəzi icra hakimiyyəti orqanlarının yubiley medalları həmin mərkəzi icra hakimiyyəti orqanının başçısının təşkil elədiyi xüsusi törəndə özü tərəfindən təqdim olunmaldıır. Əgər orden və medallar əcnəbilərə verilirsə, əlbəttə prezident tərəfindən səlahiyyət verilə bilər ki, xaricdəki diplomatik nümayəndəliklırimizin rəhbərləri təqdim etsinlər. Ona görə də bunların hamısı qanunvericilik qaydasında tənzimlənməlidir. Biz artıq 30 ildən çoxdur müstəqil dövlətik, dövlətçilik ənənələrimiz yaranır, başqa dövlətlərin də təcrübəsini öyrənməliyik və mən ona görə təklif edirəm ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hörmətli Əli Hüseynli müvafiq icra hakimiyyəti orqanı ilə danışsın, həm qeyd etdiyim qanunda dəyişikliyi edək, həm də müvafiq əsasnamədə qeyd etdiyim məsələlər öz əksini tapsın”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ana həbsdəki oğluna narkotik keçirmək istəyərkən tutuldu

Next Post

General orduya tapşırıq verdi: Döyüş hazırlığı artırılsın! – Video

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
General orduya tapşırıq verdi: Döyüş hazırlığı artırılsın! – Video

General orduya tapşırıq verdi: Döyüş hazırlığı artırılsın! - Video

NYT: Andromeda yaxtasında partlayıcı maddələrin izləri tapıldı

NYT: Andromeda yaxtasında partlayıcı maddələrin izləri tapıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.