İki ekipaj üzvünün saxta Bolqarıstan pasportu olduğu aşkarlanıb.
Elchi.az xəbər verir ki, müstəntiqlər “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində terror aktı ilə əlaqəli olan “Andromeda” yaxtasında partlayıcı maddələrin izlərini aşkar ediblər. Bu barədə “The New York Times” Almaniyadan olan adı açıqlanmayan rəsmilərə istinadən yazır.
Nəşrin məlumatına görə, hazırda Andromeda Baltik dənizinə baxan quru limandadır və yaxtanın ekipajının iki üzvündə saxta Bolqarıstan pasportları aşkarlanıb.
Qəzetin məqaləsində deyilir: “Üç alman məmuru “Times” qəzetinə bildirib ki, müstəntiqlər yaxtada partlayıcı maddələrin izlərini aşkar ediblər və həmçinin iki ekipaj üzvünün saxta Bolqarıstan pasportlarından istifadə etdiyini də aşkar ediblər.
Nuranə





