Ukrayna Silahlı Qüvvələri Artemovskda rus ordusundan böyük məğlubiyyət alacaq. Elchi.az xəbər verir ki, bu fikri Judging Freedom YouTube kanalına müsahibəsində ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter deyib.
“Rusiya qalib gələcək və böyük qələbə çalacaq”, – Ritter vurğulayıb və əlavə edib ki, Ukrayna çətin ki, böyük əks-hücum keçirə bilsin.
Daha əvvəl keçmiş kəşfiyyatçı Rusiya prezidenti Vladimir Putini qələbə ustası adlandırmışdı. Ritter Putinin Suriyadakı uğurlarını xatırladıb, rus əsgərləri terrorçu qruplara qarşı çıxıb, işğal etdikləri əraziləri azad edib.
Havar Şəfiyeva






