"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərbi Azərbaycan İcmasından BMT-yə çağırış

08 Aprel 2023 - 14:00
in SİYASƏT

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antionio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının müraciətində bildirilir:

“Biz bu məktubu Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş etmək üçün yazırıq.

1989-cu ildə yaradılmış təşkilatımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb. Etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib.

Azərbaycanlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir. Biz istərdik ki, bu haqsızlıq aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanaraq, biz öz evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmağa can atırıq.

Biz dinc, təhlükəsiz və ləyaqətli qayıdış konsepsiyamızı hazırlamışıq və həmin sənəd A/77/801-S/2023/134 və E/2023/53 saylı qeydiyyat nömrələri ilə BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayılmışdır.

Digər oxşar vəziyyətlərdə olduğu kimi, Ermənistandan qovulmuş azərbaycanlıların könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaq üçün əsaslı beynəlxalq töhfə gərəkdir. Öncə qeyd edək ki, geri qaytarma ən yaxşı şəkildə müvafiq beynəlxalq hüquqi razılaşma çərçivəsində baş verdikdə təmin edilir. Qayıdış prosesi beynəlxalq ictimaiyyətdən müvafiq təhlükəsizlik, humanitar və sosial-iqtisadi yardım tələb edəcək. Geri qayıtmış əhalinin yenidən qovulmasının, onlara qarşı ayrı-seçkiliyin və zərərin qarşısını almaq üçün beynəlxalq sülhü qoruma, monitorinq, hesabatlılıq, müdaxilə və digər zəruri fəaliyyətlər zəruri olacaq. Qayıdanların davamlı reabilitasiyasını və yenidən inteqrasiyasını təmin etmək üçün beynəlxalq nəzarət altında müvafiq yenidənqurma və barışıq tədbirlərinə ehtiyac duyulacaq.

Bir daha qeyd etmək istərdik ki, bizim təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun təmin edilməsinə dair Ermənistandan qanuni tələbimiz bu ölkənin ərazi bütövlüyünə və ya suverenliyinə xələl gətirəcək şəkildə yanlış tövsif edilə bilməz.

İnsan hüquqlarına əsaslanan ədalət və barışığa nail olmaq üçün dialoqa başlamaq xahişi ilə biz birbaşa Ermənistan hökumətinə müraciət etmişik.

Biz insan hüquqlarına və insanların qanun qarşısında bərabərliyinə inanırıq. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam etməsidir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına heç cür yardım etmir.

Odur ki, sizdən xahiş edirik ki, BMT-nin Baş Katibi kimi xoş niyyətlərinizlə bizim işimizə dəstək olasınız və aşağıdakı vəzifələri yerinə yetirə biləcək BMT-nin qurumlararası missiyasını Ermənistana göndərəsiniz:

– ümumi vəziyyəti qiymətləndirmək, təhlükəsiz və ləyaqətlə könüllü qayıdışa əlverişli şəraitin yaradılması üçün addımlar müəyyən etmək;

– beynəlxalq humanitar yardım və uzunmüddətli reabilitasiya, reinteqrasiya proqramları kimi repatriasiya prosesinin ehtiyaclarını müəyyən etmək;

– geri qayıdan azərbaycanlıların hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini, onların reinteqrasiyasını təmin etmək üçün Ermənistanın həyata keçirməli olduğu qanunvericilik və icraedici tədbirləri, habelə barışığa nail olmaq üçün atmalı olduğu addımlarını müəyyən etmək;

– Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək, zərər vurulmuş və məhv edilmiş irs nümunələrinin bərpası üçün tələb olunan addımları müəyyən etmək;

– azərbaycanlılara məxsus qanunsuz zəbt olunmuş əmlakın inventarlaşdırılmasını aparmaq;

– münaqişənin Ermənistandakı evlərini tərk etməyə məcbur qalmış etnik azərbaycanlıların hüquqlarına təsiri barədə məlumat toplamaq;

– Ermənistanın qovulmuş azərbaycanlı sakinlərinin bu ölkədəki evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni irsini ziyarət etmələrinə imkan yaradan etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək;

– repatriasiyanın dəstəklənməsi məqsədi ilə beynəlxalq aləmin mümkün təhlükəsizlik rolunu müəyyən etmək üçün təhlükəsizlik vəziyyətinin texniki-səhra qiymətləndirməsini həyata keçirmək.

Maraqlı tərəf olaraq, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsində BMT ilə qarşılıqlı əməkdaşlıq etməyə və bununla da regionda ədalətin, sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yardım etməyə hazırıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müdafiə naziri yeni istifadəyə verilən hərbi hissədə – Video

Next Post

Bakıda tanınmış müğənni narkotikə görə tutuldu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Bakıda tanınmış müğənni narkotikə görə tutuldu

Bakıda tanınmış müğənni narkotikə görə tutuldu

ABŞ məhkəməsi iranlı qadına həbs cəzası verdi

ABŞ məhkəməsi iranlı qadına həbs cəzası verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.