Prezident Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İsaak Hersoq arasında telefon danışığı olub. Görüş zamanı İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsaya basqını müzakirə edilib.
Elchi.az xəbər verir ki,Rəyasət Heyətinin Kommunikasiya Müdirliyindən verilən məlumata görə, görüşdə İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsaya basqını, Qiblə Məscidinə hücumu və müqəddəs yerlərdə olanlara qarşı sərt müdaxilələri müzakirə edilib.
Görüş zamanı baş verənlərin müsəlmanlar qədər bütün bəşəriyyətin vicdanını incitdiyini bildirən prezident Ərdoğan, Məscidül-Əqsanın statusu və mənəviyyatına qarşı təxribatlar və təhdidlər qarşısında susmalarının mümkün olmadığını vurğulayıb.
Nuranə




