Türkiyənin ilk müşahidə peyki aprelin 11-də kosmosa buraxılacaq. Elchi.az xəbər verir ki, bu barədə Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan öz Tvitter hesabında məlumat verib.
“Milli obyektlərdə istehsal olunan yüksək ayırdetməli təsvir qabiliyyətinə malik ilk IMECE müşahidə peykimiz kosmosa orbitə çıxarılacaq”, – deyə dövlət başçısı bildirib.
Havar Şəfiyeva





