İranı İran edən Fransa kimi Avropa ölkələridir. Avropa ölkələri hər zaman İranın bütövlüyünün tərəfdarı olub. Neftə görə belə edirlər. Avropa fars irqçi rejimin dünyaya və qonşu ölkələrə qarşı təhdidlərinə göz yumur. Azərbaycana qarşı da eyni soyuqqanlılıq nümayiş etdirirlər.
Elchi.az xəbər verir ki, bu sözləri Axar.az-a Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Elvin Oyta deyib.
O, İranın Azərbaycana qarşı təhdidlərinə Qərbin sərt reaksiya verməməsindən narazıdır:
“Rejim Güney Azərbaycanla tarixi düşmənçiliyinə son verməmiş, indi də Şimali Azərbaycanla münaqişəyə girişib. Bunu üstüörtülü deyil, çox aşkar bir şəkildə, terror əməlləri ilə büruzə verir. Azərbaycanda millət vəkilinə sui-qəsd, səfirliyə hücum, sayı-hesabı bilinməyən casus şəbəkəsi – hamısı İranın şimal qonşusuna qarşı həyata keçirdiyi məkrli işləridir. Əslində, Avropa ölkələri İrana qarşı daha sərt mövqe göstərməlidirlər. Lakin iqtisadi əməkdaşlığa görə göz yumulur. Azərbaycanın yeganə və etibarlı dəstəkçisi Türkiyədir”.
O, hədə-qorxularla münaqişəyə işarə vuran Tehran rejiminin gözə almalı olduğu nüanslara toxunub:
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...






