Dünyaca məşhur qolfçu Tayqer Vudsun 1997-ci ildə Masters turnirində 9 yaşlı uşağa hədiyyə etdiyi qolf topu hərracda 64 min dollardan çox alıcı tapıb.
Elchi.az BBC-yə istinadən xəbər verir ki, martın 27-də 500 dollarlıq ilkin təkliflə hərraca çıxarılan top, hərrac dünən bitdiyi üçün 64 min 124 dollara satılıb.
1997-ci ildə Masters Woodsun ilk böyük titulu oldu və onu Masters-ı qazanan ən gənc oyunçu etmişdi.
Sözügedən çempionat Vudsun karyerasını müəyyənləşdirdi.
Golden Age hərrac evi topun finaldan qalan yeganə top olduğunu açıqlayıb.
Şayəstə





