"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əfv ərizəsi yazsalar da, həbsdə qalan məhbuslar…

08 Yanvar 2015 - 20:12
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1580543Son dövrlərdə verilən əfv sərəncamlarının siyasi məhbuslara şamil edilməsində ciddi oxşarlıqlar var. Belə ki, prezidentə bağışlanması üçün müraciət edən siyasi məhbuslar əksər hallarda azadlığa çıxır.
Dekabrın 30-da verilən əfvdə əvvəlkilərdən heç də fərqlənmədi. Azadlığa çıxan siyasi məhbuslardan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və hüquqşünas Qurban Məmmədov istisna olmaqla, digərləri prezidentə müraciət edən şəxslər idi. Artıq məhbuslar qarşısında prezidentə müraciət müqabilində azadlığa çıxmaqdan başqa çarə yoxdur.
Ancaq 30 dekabr əfvindən sonra da ölkə başçısına bağışlanmaları üçün müraciət edənlərin əksəriyyəti həbsdə qaldı.
Əfv ərizəsi yazmalarına baxmayaraq, azad olunmayan tanınmış məhbusların siyahısını təqdim edirik:
1. Rəsul Cəfərov hüquq müdafiəçisidir. Avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur. Ötən ilin oktyabrında ölkə prezidentinə azad olunması ilə bağlı müraciət edib. Yanvarın 15-də məhkəməsi başlayır.
2. Hilal Məmmədov “Tolışi sədo” qəzetinin baş redaktorudur. 2012-ci ilin iyununda həbs olunub. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü ilin prezident seçkiləri öncəsi İlham Əliyevə cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən dəstək müraciəti yazıb. Çoxları bu müraciəti əfv ərizəsi qismində dəyərləndirib.
3. Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov və İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının üzvləridür. 2013-cü ilin mart-aprel aylarında həbs olunublar. Qanunsuz narkotik, partlayıcı maddə və kütləvi ixtişaşlar təşkil etməkdə ittiham olunurlar. Rəşadət Axundov və İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov və Məmməd Əzizov 7.6 il müddətinə azadlıqdan məhrum ediliblər. 29 sentyabr 2014-cü il tarixində bağışlanmaları üçün ölkə prezidentinə müraciət ediblər.
4. Ömər Məmmədov VHP və NİDA-nın üzvüdür. O, 2014-cü il yanvarın 24-də saxlanılıb. Üzərindən 6 qram heroin götürülüb. Müdafiəçiləri onun bloqqer fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər. Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunan bloqqer 2014-cü il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü il oktyabrın 15-də əfv olunması üçün prezidentə müraciət ünvanlayıb.
5. Əbdül Əbilov NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2013-cü il noyabrın 22-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bloqqer narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. 2014-cü ilin dekabrında bağışlanması üçün ölkə başçısına müraciət edib.
6. Pərviz Həşimli “Bizim Yol” qəzetinin köşə yazarı, hüquq müdafiəçisidir. 2013-cü il sentyabrın 27-də həbs olunub.  O, Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham olunaraq, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Dekabrın 30-da əfv sərəncamının imzalanmasına bir həftə qalmış bağışlanması üçün prezident İlham Əliyevə müraciət edib.
Sonda qeyd edək ki, təqdim etdiyimiz bu siyahı yalnız tanınmış siyasi məhbuslardan ibarətdir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yava dənizində AirAsia laynerinin arxa hissəsinin qaldırılmasına səy göstərilir

Next Post

Əhməd Davudoğlu: “Parisdə törədilən terror hücumu heç bir halda sülh dini olan İslamla əlaqələndirilə bilməz”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əhməd Davudoğlu: “Parisdə törədilən terror hücumu heç bir halda sülh dini olan İslamla əlaqələndirilə bilməz”

Bakıda güllələnərək öldürülən qardaşların adları məlum olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.