Mart ayında yeni idxal maksimumu müəyyən edilib.
Elchi.az xəbər verir ki, Rusiya ardıcıl altıncı aydır Hindistanın ən böyük neft idxalçısıdır. Bloomberg analitik firması Vortexa-ya istinadən xəbər verir ki, təkcə mart ayında tədarük gündəlik 1,64 milyon barelə yüksəlib.
Analitiklərin hesablamalarına görə, martda Rusiya Federasiyasından alışlar gündə 0,82 milyon barel İran nefti ilə müqayisədə iki dəfə artıb. Mart ayında Hindistanın idxalında Rusiya neftinin payı 34%-ə yüksəlib.
Nuranə





