Ukrayna daha çox pul istəyir, ABŞ isə öz ehtiyacları üçün bu puldan məhrumdur.
Elchi.az xəbər verir ki,“Financial Times” respublikaçı seçicilər arasında Ukraynanı dəstəkləməyə davam etmək istəyinin azaldığını bildirib.
Amerikada seçkilərdə Respublikaçılar Partiyasına səs verəcək təqaüdçü polis zabiti Ceremi Snayder nəşrə bildirib ki, “Ukrayna daxildə daha çox pula ehtiyacımız olanda daha çox pul istəməyə davam edir”.
Snayder qeyd edib ki, əvvəlcə o, Kiyevin hərbi və humanitar yardımını tam dəstəkləyib, lakin münaqişə çox uzanıb.
Məqalədə həmçinin iddia edilir ki, Amerikada ümumilikdə Ukraynaya dəstək azalır və bir çox insanlar “təcrid ideyalarına” meyl etməyə başlayıblar.
Nuranə




