Çeçenistan Prezidenti Ramzan Kadırov YUKOS şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskini şəxsi düşməni elan edib.
Axar.az xəbər verir ki, Xodorkovskinin dünən jurnalistləri Məhəmməd peyğəmbərin karikaturasını yaymağa çağırması Kadırovun qəzəbinə səbəb olub.
Kadırov Xodorkovskini kəskin tənqid edərək onu müsəlmanların düşməni adlandırıb və öz şəxsi düşməni elan edib. Bu barədə çeçen lider İnstaqram səhifəsində yazıb.
“Parisdəki qanlı hadisədən sonra Xodorkovski loğvalandı. Fransa prezidenti və bu ölkənin baş naziri hələ də araşdırma aparırlar, bu barədə nəsə açıqlama verməyiblər, ancaq Xodorkovski Məhəmməd peyğəmbərin karikaturalarını yaymağa çağırır”, – deyə Kadırov bildirib.
Qeyd edək ki, dünən Xodorkovski Tvitter hesabında jurnalistləri Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyə çağırmışdı.