"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıya sığınan keçmiş gürcü oliqarxın 17 milyard dollarlıq təklifi qalmaqal doğurdu

09 Yanvar 2015 - 00:13
in GÜNDƏM

milyarderVirtualaz.org saytı Gürcüstan Dövlət Neft-Qaz Korporasiyasının keçmiş prezidenti Georgi Çanturiyanın Rusiya, Azərbaycan və Qərbin iştirakı ilə 17 milyard dollarlıq nəhəng enerji layihəsini gündəmə gətirməsini xəbər vermişdi.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

İndi belə məlum olur ki, bu təklif həm regionda, həm də onun hüdudlarından kənarda böyük rezonansa və qalmaqala səbəb olub.

G.Çanturiyanın təklifinə əsasən Rusiya, Gürcüstan və Azərbaycan Qərbin iştirakı ilə Supsa limanında nəhəng neft infrastrukturu layihəsini həyata keçirə bilər. Bura böyük neftayırma zavodunun tikintisi, sonrakı mərhələdə neft-kimya kompleksinin yaradılması, habelə Rusiyanın Novorossiysk limanından Abxaziyadan keçməklə Supsaya qədər yeni neft kəmərinin çəkilməsi daxildir. Çanturiyanın sözlərinə görə, bu layihə hələ 90-cı illərdə irəli sürülüb və reallaşmamış qalıb. İndi isə onu həyata keçirməyin vaxtıdır.

Dünya bazarlarında neftin qiymətinin 50 dollardan aşağı endiyi, iri neft-qaz şirkətlərinin öz investisiya planlarını dəyişdiyi bir vaxtda Çanturiyanın bu layihəni gündəmə gətirməsi kommersiya baxımından real görünməyə bilərdi.

Digər tərəfdən, Rusiya ilə Qərb arasında münasibətlər indi çox gərgindir, Qərb dövlətləri Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar, o cümlədən energetika sahəsində sanksiyalar tətbiq edib. Əksər Rusiya neft-qaz şirkətləri Qərb sanksiyalarının təsiri altındadır.

Lakin Çanturiyanın gündəmə gətirdiyi layihə daha çox siyasi müstəvidə müzakirəyə çıxarılıb. Virtualaz.org qeyd edir ki, Çanturiya Gürcüstanın mərhum eks-prezidenti Eduard Şevardnadzeyə yaxın fiqur olub, onun hakimiyyəti dövründə Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan neft kəmərlərinin çəkilməsi üçün fəal iş aparanlardan biri olub. Lakin 2004-cü ildə Gürcüstanda baş verən “qızılgül inqilabı”ından sonra Çanturiya ölkəni tərk edib. Çünki hakimiyyətə gələn Mixail Saakaşvili Şevardnadzenin komandasının bir çox iri fiqurları kimi onu da korrupsiyada ittiham edirdi.

Çanturiyanın Azərbaycan hakimiyyəti ilə də sıx əlaqələri olduğu üçün o, ölkəsini tərk edərək Bakıya gəlib və həmin vaxtdan etibarən ARDNŞ-də hansısa vəzifə tutur. Hazırda Çanturiya Bakıda yaşamaqdadır.

Çanturiyanın 17 milyard dollarlıq təklifi Gürcüstanda həm də ona görə yaxşı qarşılanmayıb ki, hazırda Rusiyanın bu ölkədə enerji aktivlərinə sahib olması prosesi gedir. Bu günlərdə Rusiyanın “Rosneft” şirkəti Gürcüstanın strateji əhəmiyyətli Poti terminalının mülkiyyətçisi, habelə Azərbaycan, Gürcüstan və Ermənistanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olan gürcü milyarder David Yakobaşvilinin “Petrocas Energy Group” şirkətinin səhmlərinin 49 faizinin alınmasına dair sövdələşmə əldə edib.

Gürcüstan hökuməti bəyan edib ki, Rusiyanın strateji əhəmiyyətli Poti terminalının sahiblərindən birinə çevrilməsini narahatlıqla qarşılayır, ancaq David Yakobaşvilinin qərarlarına təsir etmək imkanında deyil. Rusiyanın Gürcüstanda enerji aktivlərinə sahiblənmək siyasəti bu ölkədə geniş mübahisələr və narahatlıqlar doğurub.

Bu kontekstdə G.Çanturiyanın təklifi odun üzərinə yağ tökmüş olub. Gürcüstanın “İmedi” telekanalı Çanturiya ilə əlaqə saxlayıb və ondan təklifinin mahiyyətini izah etməsini istəyib. Çanturiya deyib ki, Supsada nəhəng neft infrastruktru kompleksinin yaradılması layihəsi hələ Şevardnadzenin vaxtında işlənib hazırlanmış və layihənin hazırlanmasını ABŞ maliyyələşdirmişdi.

Çanturiya təklifinin siyasi mahiyyət daşıdığını etiraf edib. O, ABŞ-ın Cənubi Qafqazda rolunun zəifləməsinə, Rusiyanın regiona nəzarəti yenidən ələ almasına işarə edərək deyib:  “Biz yeni geosiyasi reallıqla üz-üzəyik. Bizim regionda yeni geosiyasi oxlar və oyunçlar meydana çıxır. Bu gün-sabah İrana və Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək. Biz beynəlxalq əməkdaşlığı Əliyev və Şevardnadzenin etdiyi kəsikdə nəzərdən keçirə bilmərik. Gürcüstan ərazisi qarşıdurma yeri olmalı deyil. Gürcüstan öz ərazisində beynəlxalq əməkdaşlıq arealının yaradılmasının təşəbbüskarı olmalıdır. Mən maraqlarını təmsil etdiyim beynəlxalq Gürcüstan-Amerika energetika qrupu  adından danışıram. Gürcüstan hakimiyyəti bu layihəyə dair ciddi qərar qəbul edəcək”.

Çanturiya hazırda Rusiyanın de-faktı işğalı altında olan Abxaziyadan neft kəməri çəkilməsində də “bütün tərəflərin” maraqlı olduğunu deyib. O, layihənin detallarından danışmayıb, ancaq bildirib ki, bu neft kəməri layihəsinin Supsa layihəsinə dolayısı ilə dəxli var.

Çanturiyanın təklifini şərh edən politoloq Vaja Beridze isə deyib ki, o, bundan əvvəl də buna bənzər 10 milyard dollarlıq layihə təklif etmişdi. Həmin layihəni Azərbaycan tərəfi maliyyələşdirməli idi. Ancaq aydın olmayan səbəblərdən Çanturiyanın bu layihəsi reallaşmadı.

Digər ekspert Nika Çitadze isə deyib ki, Çanturiya bəzi Rusiya şirkətlərinin planlarının bələdçisidir və bu şirkətlər Gürcüstanda möhkəmlənməyə can atır.

“Dövlət məmuru olanda Çanturiya Qərbin maraqlarına lobbiçilik edirdi. İndi görünür onun heç bir işi yoxdur və Rusiyanın maraqlarının xeyrinə lobbiçilik etməyə başlayıb” – deyə ekspert bildirib.

Hökumət isə Çanturiyanın təklifindən yaxasını kənara çəkir. Energetika naziri Kaxa Kaladze deyib ki, Gürcüstan öz ərazisində neft emalı zavodunun tikintisini planlaşdırır, ancaq Abxaziyadan keçən neft kəməri haqda ilk dəfədir eşidir.

Kaladzeninn müavini Dimitri Kumsişvili isə neft emalı zavodunun Supsada yox, Potidə tikiləcəyini deyib. Onun sözlərinə görə, investorların axtarışı artıq başlayıb və zavod 2019-cu ildə işə düşə bilər.

Gürcüstan Xəzər neftinin və qazının Rusiyadan yan keçməklə dünya bazarlarına nəqlində əsas dəhlizdir. Və Rusiyanın bu dəhlizə nəzarət etmək maraqları həmişə güclü olaraq qalıb. Bəzilərinə görə Rusiya  bunu hərbi yolla edə, yəni Gürcüstana Ukrayna ssenarisi tətbiq edə bilər.

Bir çoxlarına görə isə Gürcüstanın indiki hökumətində Rusiyaya meylli qanad güclüdür və milyarder Bdzina İvanişvilinin “xaç atası” olduğu hökumət Rusiyaya şərait yaradır ki, “məxməri üsullarla” öz maraqlarını reallaşdırsın.

F.Məmmədov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qardaşlar qısqanclıq üzündən güllələnibmiş

Next Post

Qar Bakıda maşınları yolda qoydu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Qar Bakıda maşınları yolda qoydu

Fransadakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.