Elchi.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “İzvestiya”ya müsahibəsində bildirib ki, rusiyalı diplomatlar təşkilatın mənzil-qərargahından 25 mil kənara getmək tələbində yüzlərlə rədd cavabı alıblar.
O, xatırladıb ki, keçən ilin sonundan etibarən BMT-dəki bütün rus diplomatları, daimi nümayəndə istisna olmaqla, Nyu York və qismən Lonq Aylendin daxil olduğu bu zonadan kənara səyahət etmək üçün icazə almalıdırlar. “Razılıq gələnə qədər insanın yola düşməyə haqqı yoxdur. İki həftədir ki, onları təqdim etmirik, çünki bu, tamamilə əbəsdir”, – deyə Polyanski bildirib ki, bütün təqdim olunan ərizələr Amerika hakimiyyəti tərəfindən rədd edilib.
Eyni zamanda, o əlavə edib ki, bir çox rus diplomatlarının Amerika vizası yoxdur və buna görə də onlar ABŞ ərazisini tərk edə bilməzlər, çünki onlar sonradan geri qayıda bilməyəcəklər. “Hələlik heç bir güzəşt yoxdur, ikitərəfli münasibətlərimizin ümumi kontekstini nəzərə alsaq, onları gözləməli olub-olmadığını bilmirəm”, – diplomat yekunlaşdırıb.
Havar Şəfiyeva






